Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BMT Suriyaya qarşı sanksiyalara yenidən baxılması məsələsində beynəlxalq ictimaiyyətlə işləyir.
SİA-nın məlumatına görə, bunu Dəməşqdə mətbuat konfransında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen deyib.
...Biz Suriyanın yeni administrasiyasını dəstəkləmək üçün beynəlxalq ictimaiyyətlə işləyirik.
Pedersenin sözlərinə görə, əvvəlki rejimə qarşı sanksiyalar tətbiq edilib və onları tətbiq edən ölkələr onlara yenidən baxmalıdır.
Mən bu məsələdə bütün tərəflərlə işləyirəm. Eyni zamanda, Pedersen Suriyada hərtərəfli siyasi keçidə səbəb olacaq milli dialoqun aparılmasın
Onun sözlərinə görə, “hələ dəqiq tarixlər yoxdur, lakin hazırlanır”.
Ötən həftə Avropa İttifaqı üzvləri Almaniya, Danimarka, İspaniya, Hollandiya, Finlandiya və Fransa Aİ rəhbərliyini respublikada hakimiyyət dəyişikliyi ilə əlaqədar bank, nəqliyyat və enerji sektorlarında Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıblar.