BMT Təhlükəsizlik Şurası müharibə ilə bağlı fövqəladə toplantıya hazırlaşır

25.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

BMT Təhlükəsizlik Şurası 29 aprel tarixində Rusiya-Ukrayna münaqişəsinə həsr olunan növbəti iclasını keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

İclasın Nyu-York vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə gecə saatlarında) başlayacağı bildirilir.

Qeyd olunur ki, iclas Qərb ölkələrinin müraciəti əsasında çağırılıb.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью