BMT Təhlükəsizlik Şurası öldürülən rus generala görə toplanacaq

17.12.2024

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında general-leytenant İqor Kirillova qarşı terror aktı ilə bağlı məsələ qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

“Biz İqor Kirillova qarşı terror aktı ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının dekabrın 20-də keçiriləcək iclasında mütləq qaldıracağıq. Bütün dünya ölkələri baş vermiş cinayəti pisləməlidir. Eyni zamanda terror aktını törədənlər cəzalandırılmalıdır”, – deyə Polyanski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью