BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iki iclas keçirəcək

06.02.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iki iclas keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski öz "Telegram" kanalında məlumat verib.

İclaslar müvafiq olaraq Rusiya və Qərbin təşəbbüsü ilə fevralın 17 və 24-də baş tutacaq.

Onun sözlərinə görə, Qərb görüşün vaxtını müharibənin başlanmasının üçüncü ildönümünə təyin etmək istəyir. Rusiya isə Minsk tədbirlər paketinin qəbul edilməsinin onuncu ildönümü ilə bağlı görüş tələb edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью