BMT: Terrorçular gəncləri cəlb etmək üçün yeni kanal tapıb

18.07.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT baş katibinin terrorizmlə mübarizə üzrə müavininin səlahiyyətlərini icra edən Zuyev: terrorçular elektron oyunlar vasitəsilə cəlb etməyə başlayıblar

BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavininin səlahiyyətlərini icra edən Aleksandr Zuyev terror təşkilatlarının gəncləri elektron oyunlar vasitəsilə öz sıralarına cəlb etməyə başladığını bildirib.

Qaynarinfo xəbər verir ki, BMT rəsmisi bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, terrorçular əvvəllər minalanmış avtomobillərlə partlayışlar törədən və ya binalara hücum edən ayrı-ayrı qruplara yönəltdikləri diqqəti indi kiberməkana keçiriblər.

"Biz Cənub-Şərqi Asiya üçün gənclərin radikallaşmasının qarşısının alınmasına yönəlmiş çox effektiv proqramlar yaratmışıq. Çünki terrorçular bu məqsədlə tez-tez elektron oyunlardan istifadə edirlər", deyə Zuyev bildirib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью