BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...

27.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun əvvəlindən bəri Rusiyanın Ukraynaya hava hücumları nəticəsində 170-dən çox mülki şəxs həlak olub, daha 1028 nəfər yaralanıb, hərbi əməliyyatların şiddətlənməsi isə qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Siyasi məsələlər departamentinin rəhbəri Kayoko Qoto Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, yaşayış binaları, uşaq meydançaları, yanacaqdoldurma stansiyaları, bazarlar və logistika anbarlarına zərbələr endirilir, Kiyev daim atəşə tutulur. Təkcə iyul ayında Ukrayna paytaxtında ən azı 56 mülki şəxs həlak olub, daha 232 nəfər yaralanıb.

O, həmçinin Donetsk, Xarkov, Sumı, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərinin cəbhə bölgələrinə idarə olunan bombalardan istifadə edərək gündəlik hücumlara diqqət çəkib:

“Ümumilikdə, müharibə başlayandan bəri 803 uşaq da daxil olmaqla 16 min 141 mülki şəxsin ölümü, 2960 uşaq da daxil olmaqla 48 min 613 nəfərin yaralandığı təsdiqlənib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью