BMT TŞ heyəti 14 il sonra Suriyaya rəsmi səfər edəcək

03.12.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Suriyanın Xarici İşlər Nazirliyi, ölkənin azad olmasının birinci ildönümündə 14 il fasilədən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) nümayəndələrinin paytaxt Dəməşqə rəsmi səfər edəcəyini açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, BMT TŞ heyəti dekabrın 8-də - Suriya tərəfindən Milli bayram elan edilən gündə Dəməşqi ziyarət edəcək.

Açıqlamada, bu ziyarətin beynəlxalq ictimaiyyətin "yeni Suriya"ya verdiyi dəstəyi və ölkənin yenidən qurulması, suverenliyinin gücləndirilməsi və sabitliyin təmin edilməsi prosesinə bağlılığını göstərdiyi ifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью