BMT TŞ Ukraynaya görə toplanır

07.04.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT Təhlükəsizlik Şurası Qərb ölkələrinin tələbi ilə aprelin 8-də Ukrayna məsələsi ilə bağlı iclas keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat verib.

"Ukrayna dosyesi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası NyuYork vaxtı ilə saat 10:00-da baş tutacaq", - Rusiya diplomatik missiyası bildirib.

Məlumata görə, iclas Krivoy Roqa endirilən zərbə ilə əlaqədar keçiriləcək.

Qeyd edək ki, aprelin 4-də Rusiya Krivoy Roqa ballistik raketlərlə və PUA-larla hücum edib. Nəticədə xeyli sayda insan ölüb və yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью