BMT TŞ Venesuelaya görə təcili toplanır

18.12.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

BMT Təhlükəsizlik Şurası (TŞ) Venesuela ilə bağlı iclas keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə dekabr ayında TŞ-yə sədrlik edən Sloveniyanın Daimi Nümayəndəliyi məlumat yayıb.

İclasın dekabrın 23-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha öncə Venesuela BMT TŞ-yə ABŞ-la yaşanan gərginliklə bağlı təcili iclas keçirmək üçün müraciət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью