BMT TŞnın iclasında İsrailin qətliamlarından danışıldı Riyad Mənsur göz yaşlarını saxlaya …
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur təşkilatın Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclasında İsrailin hücumu nəticəsində həlak olan fələstinli həkimdən danışarkən göz yaşlarını saxlaya bilməyib.“Report” xəbər verir ki, siyasətçi İsrailin Əl Auda xəstəxanasına hücumu nəticəsində həlak olan həkim Mahmud Əbu Nuceylə bağlı xatirəsini bölüşüb: “Həkim bir neçə ay əvvəl cərrahiyyə planlaması üçün istifadə edilən lövhəyə məlumat yazıb.
Mən ondan sitat gətirəcəyəm: “Sona kimi qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi xatırlayın, bizi xatırlayın”.
Bu sözlərdən sonra Mənsur göz yaşlarını saxlaya bilməyib.Qeyd edək ki, Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən indiyədək ölənlərin sayı 45 658, yaralıların sayı isə 108 583 nəfərdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu