BMT ukraynalı miqrantlara yardımı azaltdı

26.04.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı ABŞ-dən maliyyənin dayandırılması səbəbindən cəbhəyanı bölgələrdən təxliyə edilən ukraynalılara humanitar yardımı azaldıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin Ukrayna üzrə nümayəndəsi Karolin Lindholm Billinq bildirib.

O xatırladıb ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp xarici yardımın 90 gün müddətinə dayandırılması haqqında sərəncam imzalayıb. Yanvarın 24-də isə ABŞ dövlət katibi Marko Rubio ərzaq təchizatına icazə verib, lakin BMT proqramlarının maliyyələşdirilməsini bərpa etməyib.

Billinq bildirib ki, hazırda psixososial dəstək proqramları, müvəqqəti mənzil dəstəyi və nağd ödənişlər dayandırılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью