BMT ukraynalılara yardım büdcəsini AZALTDI

26.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə ukraynalılara göstərilən maliyyə yardımının həcmini azaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2026-cı il üçün yardım büdcəsi 614 milyon dollar təşkil edib. Bu, ötən ilin göstəricisindən 23,6 faiz azdır.

Ayrılan vəsaitin 470 milyon dollarının Ukraynada qalan vətəndaşlara, 144 milyon dollarının isə xaricdə yaşayan ukraynalılara dəstək üçün yönəldilməsi nəzərdə tutulub.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью