BMT və KTMT arasında əməkdaşlıq artırılır

19.11.2024

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

KTMT-nin mətbuat xidməti məlumatına əsasən, sözügedən qətnamədə bu təşkilatın "regional təhlükəsizlik və sabitlik təminatına, terrorizmlə, mütəşəkkil transmilli cinayətlərlə, narkotik vasitələrin, silah-sursatın qanunsuz dövriyyəsi ilə, qanunsuz miqrasiya və insan alveri ilə mübarizəyə əhəmiyyətli töhfə verdiyi" vurğulanır.
"Bu çərçivədə Baş Assambleya BMT-nin Baş katibini ikitərəfli təmaslar, müxtəlif formatlı forumlarda KTMT Baş katibi ilə müntəzəm məsləhətləşmələr aparmağa çağırır", - qətnamədə bildirilir.
Eyni zamanda, adıçəkilən təşkilatların BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyası, həmçinin sülhün qorunması üzrə əməkdaşlığının daha da genişləndiriləcəyi diqqətə çatdırılır.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью