BMT: WUF13 də daha çox özəl sektor nümayəndələrinin iştirakı gözlənilir

17.03.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda keçiriləcək WUF13 beynəlxalq konfransında daha çox özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.

APA xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı ölkə proqramının rəhbəri Anna Soave “WUF13 - Özəl Sektor üçün Məlumatlandırma Sessiyası” adlı tədbirdə deyib.

“Misirdə keçirilən WUF12-də 25000 iştirakçının cəmi 14%-i özəl sektor nümayəndəsi olub, Polşada təşkil edilən konfransda iştirakçıların 14%-i özəl sektoru təmsil edib. WUF13-də isə daha çox özəl sektor nümayəndələrinin iştirakı gözlənilir. Bu Azərbaycan biznesləri üçün potensiallarını qlobal auditoriyaya çatdırmaq imkanı təqdim edəcək”, - BMT nümayəndəsi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью