Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın keçmiş xarici işlər naziri Annalena Baerbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, gizli səsvermədə 167 səs toplayıb.
Sentyabrın 9-da, Baş Assambleyanın illik iclasından bir qədər əvvəl Baerbokun andiçmə mərasimi keçiriləcək. Onun prezidentlik müddəti bir il davam edəcək.
Qeyd edək ki, BMT yaranandan bəri bu vəzifədə çalışan beşinci qadındır. BMT-yə üzv olan 193 dövlətin hamısı Baş Assambleyada təmsil olunur.