BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib

12.03.2026

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail və ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən İranda daxili köçkünlərin sayı 3,2 milyon nəfərə çatıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

"Münaqişə səbəbindən 600 mindən 1 milyona qədər ev təsərrüfatı, yəni 3,2 milyon nəfər ölkə daxilində müvəqqəti olaraq yerlərini dəyişib", - məlumatda qeyd olunub.

Köçkünlərin əksəriyyəti Tehranı və digər iri şəhərləri tərk edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью