Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Yəməndə 137 mindən çox məktəb yaşlı uşaq artan döyüşlər səbəbindən məktəbə gedə bilmir.
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) açıqlama yayıb.
UNICEF bildirib ki, yenidən baş verən döyüşlər ailələri qərbdəki Taiz əyalətində və Yəmənin qərb sahili boyunca ərazilərdə evlərini tərk etməyə məcbur edib. Yəməndə yenidən başlayan Husi üsyançıları ilə hökumət qüvvələri arasında toqquşmalar səbəbindən ən azı 46 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Münaqişənin şiddətlənməsi mülki şəxslər arasında itkilərə də səbəb olub.
Gülşən Şərif