BMT: Yoxsulluq içində yaşayanların sayı artır

12.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal çoxölçülü yoxsulluq indeksi 2010-cu ildə istifadəyə verildiyi vaxtdan bəri ilk dəfə artıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) yer alıb.

İndeksə görə, dünyada 1,2 milyard insan yoxsulluq içində yaşayır. Bu rəqəm əvvəlkindən 51,5 milyon çoxdur. Yoxsulluq içində yaşayan insanların təxminən 83%-i kənd yerlərində yaşayır. Onların yarıdan çoxu, 617 milyonu uşaqlardır.

BMTİP yoxsulluğun artmasını bütün dünya üçün həyəcanverici siqnal adlandırıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью