Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna münaqişəsinin genişlənməsi ilə bağlı narahatlığını bildirib.
Redaktor.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın mülki aviasiyasına qarşı səsləndirdiyi təhdidləri şərh edərkən deyib.
Düjarrik bildirib ki, münaqişə zamanı, eləcə də istənilən digər qarşıdurmada mülki əhalinin və mülki infrastrukturun zərər görməsinin qarşısını almaq üçün bütün ehtiyat tədbirləri görülməlidir.
Qeyd edək ki, Zelenski daha əvvəl Rusiyanın hava məkanından istifadə edən beynəlxalq aviaşirkətlərə müraciət edərək pilotsuz uçuş aparatları səbəbindən ölkə üzərindən uçuşlardan imtina etməyə çağırıb. Onun sözlərinə görə, Rusiya səması “tamamilə təhlükəli” vəziyyətə gəlir və “de-fakto bağlanacaq”.
Rusiya Prezidenti Vladimir Putin isə Zelenskinin bu təhdidlərini “dövlət terrorizminə cəhd” kimi qiymətləndirib. O bildirib ki, Kiyev Rusiyanın hava məkanını “bağlamaq” təhdidlərini həyata keçirməyə çalışarsa, Moskva buna cavab verəcək.
Xədicə BAXIŞLI