BMTdə Rusiyanın bu qətnaməsi qəbul EDİLDİ

11.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

BMT Baş Assambleyasının 3-cü Komitəsi Rusiyanın təqdim etdiyi “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümü ilə mübarizə” adlı qətnamənin lehinə səs verib.

Redaktor.az əbər verir ki, bu barədə TASS məlumat verib.

Sənədi 116 ölkə dəstəkləyib, 11 ölkə bitərəf qalıb.

54 dövlət, o cümlədən Avstraliya, Avstriya, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Kanada, Litva, ABŞ, Polşa, Ukrayna, Fransa, Finlandiya, Çexiya, Estoniya və Yaponiya qətnamənin əleyhinə çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью