BMTdə Rusiyanın hərbi əsirlərə qarşı cinayətləri müzakirə ediləcək

13.01.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tədbir Böyük Britaniyanın Daimi Nümayəndəliyi tərəfindən təşkil olunub

Rusiyanın ukraynalı hərbi əsirlərə və saxlanılan mülki şəxslərə qarşı beynəlxalq humanitar hüququ pozması BMT Təhlükəsizlik Şurasının bu gün keçiriləcək qeyri-rəsmi iclasının mövzusu olacaq. AYNA "Ukrinform"a istinadən xəbər verir ki, tədbir Ukrayna, Estoniya, Latviya, Litva və ABŞ-ın dəstəyi ilə Böyük Britaniyanın Daimi Nümayəndəliyi tərəfindən təşkil olunub.

İclasda Mariupolun müdafiəsində iştirak etmiş keçmiş hərbi əsirlər, Ukrayna Milli Qvardiyasının təlimatçısı Valeri Qorişniyin çıxış edəcəyi gözlənilir.

Tədbirdə həmçinin Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran müstəqil beynəlxalq komissiyanın üzvü Pablo de Qreyff də iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью