Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rəhbəri Allesandro Roccasalvo rəsmi Bakı üçün arzuolunmaz şəxs elan olunub və ölkəni tərk edib.
“AzPolitika” bildirir ki, bu barədə “gününsəsi.info” saytı məlumatlı mənbələrə istinadla xəbər yayıb.
Məlumata görə, Allesandro Roccasalvo bir neçə gün əvvəl Bakını tərk edib.
“Onun Azərbaycanı tərk etməsinə səbəb isə COP 29 ərəfəsində ölkəmiz əleyhinə çirkin təbliğat kampaniyasına dəstək verməsi olub”- deyə, mənbə bildirib.
Azrbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə “AzPolitika”-ya açıqlamasında bildirib ki, adıçəkilən diplomatın xidmət vaxtı bitdiyi üçün UNDP tərəfindən geri çağırılıb.
“AzPolitika.info”