BMTM Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti Azərbaycan narrativləri təşviq ed…
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Karnegi Fondunun Rusiya və Avrasiya
AZƏRTAC xəbər verir ki, BMTM-in cavabında qeyd edilib: “Təəssüf ki, bu məqalə Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin istər aktiv mün
Bu ideoloji sərtlik Ermənistan və Azərbaycan arasında baş verən proseslərin balanslı və obyektiv şəkildə qiymətləndirilməsinə mane olur.
Sözügedən məqalədə iddia olunur ki, Azərbaycanın postmünaqişə strategiyası qeyri-müəyyən xarakter daşıyır.
Başqa sözlə, Azərbaycan rəsmi səviyyədə sülh gündəliyini təşviq etsə də, daxili siyasi məqsədlər naminə Ermənistanla bağlı düşmənçilik narrativlərini qoruyub saxlayır.
Məqaləyə görə, Azərbaycanda sülh son məqsəd kimi deyil, xarici düşmən obrazının saxlanılması yolu ilə idarə olunan və nəzarətdə saxlanılan vəziyyət formalaşdırmağa yönəlmiş vasitə kimi nəzərdən keçirilir.
Aydındır ki, bu interpretasiya proseslərin selektiv təhlilinə əsaslanır və keçmiş Ermənistan-Azərbaycan münaqişəsini, eləcə də hazırkı sülh prosesini formalaşdıran hüquqi, tarixi və struktur reallıqları nəzərə almır.
Ermənistan təxminən üç onillik ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlamış, nəticədə 700 mindən artıq insan məcburi köçkün vəziyyətinə düşmüşdür.
Tam oxu
Xəbəri oxu