BMTM rəhbəri televiziyalardakı siyasi səpkili məsələlərə emosional yanaşmağı doğru saymır

24.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev televiziyalardakı siyasi səpkili məsələlərə emosional yanaşmağı doğru saymadıqlarını bildirib.

O, qurumun illik hesabatına həsr olunmuş tədbirdə “Report”un sualını cavablandırarkən deyib ki, bəzi ölkələrin təcrübələrini nümunə gətirib:

“Həmin ölkələrdə bu kimi fikirlər komedi klublarda, siyasi şoularda edilir. Yəni ciddi verilişlərdə bu kimi addımların atılması məqsədəuyğun deyil. Əgər varsa, düşünürəm ki, bu tendensiyanın qarşısı alınmalıdır".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью