BMTnin 4 sülhməramlısı YARALANDI

22.11.2024

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin italyalı 4 sülhməramlısı Livanın cənubundakı mövqelərinə döyüş mərmiləri düşməsi nəticəsində yaralanıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) bəyanat yayıb.

“Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb, nəticədə 4 italyan sülhməramlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, xoşbəxtlikdən həyatları təhlükə altında deyil”, - bəyanatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью