BMTnin 79cu Baş Assambleyasının prezidenti ölkəmizdə səfərdədir

11.11.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью