BMTnin Baş katibi: Əminəm ki, COP29da razılaşmaya nail olunacaq

21.11.2024

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır".

Bu sözləri BMT Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Mən COP29-da danışıqlar aparan şəxs deyiləm. Ancaq nümayəndə heyətlərini dinləmişəm. İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”, - deyə Quterreş bildirib.(azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью