Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 12-də COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbiri olub.
İtki və Zərərlərə Cavab Fondunun idarə heyətinin həmsədri Riçard Şerman itkilərə və zərərlərə cavab vermək məqsədilə maliyyə dəstəyini artırmaq üçün ölkələr səviyyəsində əlaqələndirilmiş fəaliyyəti irəli aparmaq və qüvvələri səfərbər etmək məqsədilə illik dialoqun yaradılmasının əhəmiyyətli hadisə olduğunu deyib.
BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişmələrinin mənfi təsirlərindən danışaraq, dünyada temperaturun yüksəlməsinin getdikcə daha təhlükəli hala çevrildiyini, nəticədə ötən dövrdə ən isti gün, ən isti ay, ən isti il və ən isti onilliyin müşahidə olunduğunu bildirib.
“İqlim fəlakətləri artır. Biz iqtisadiyyatların dağıldığını, insanların həlak olduqlarını, dolanışıq vasitələrinin itirildiyini və inkişafın
Amma onun 700 milyonluq ilkin kapitallaşması həssas təbəqəyə dəyən ziyanı aradan qaldırmaq üçün yetərli deyil.
Bu, hətta sentyabrda “Yaqi” qasırğasının Vyetnama vurduğu ziyanın dörddəbirini ödəməyə belə imkan vermir.
Bu səbəbdən də tələb olunan maliyyələşmə məsələsində ciddi düşünməliyik.