BMTnin baş katibi Pakistandakı terror aktını pisləyib

10.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin baş katibi Antoniu Quterreş Pakistanın Kvetta şəhərində törədilən terror aktını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə noyabrın 9-da axşam dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən APP agentliyi məlumat yayıb.

“Bu səhər Kvettada baş verən terror aktını şiddətlə qınayırıq, baş katib həlak olanların ailələrinə, Pakistan xalqına və yaralananlara tezliklə şəfa diləyir bu iyrənc hücum məhkəmə qarşısına çıxarılacaq”, – agentlik Düjarrikin bəyanatından sitat gətirir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью