BMTnin Baş katibindən COP29 AÇIQLAMASI: Azərbaycan hökumətini dəstəkləyirəm | Icma.az
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfərə hazırlaşır.
Səfər öncəsi o, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Report”un ABŞ bürosunun suallarını cavablandırıb.
- Cənab Baş katib, ilk azərbaycanlı jurnalist kimi BMT Baş katibindən müsahibə almaq mənim üçün tarixi şansdır.
Mən həm də Qarabağdan olan keçmiş məcburi köçkünəm və bu mənada BMT mənim üçün dərin məna kəsb edir.
Bir daha bu an üçün sizə çox minnətdaram. - Sizinlə bu statusda biri olaraq tanış olmaqdan çox məmnunam.
Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində işlədiyim müddətdə Azərbaycanda dəfələrlə olmuşam və hökumətin Dağlıq Qarabağdan və ətraf rayonlardan olan məcburi köçkünlərə dəstək siyasətinə dəstək vermişəm.
Sizin kimi məcburi köçkünlərin cəmiyyətə tam inteqrasiyası, ölkənin inkişafının bütün istiqamətlərindən bəhrələnmələri üçün Azərbaycan hökumətinin nə qədər sərmayə qoyduğunun şahidi olmuşam.
Tam oxu
Xəbəri oxu