BMTnin humanitar məsələlər üzrə koordinatoru Qolani ilə görüşüb

17.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçer “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Qolani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Fletçer “X” platformasındakı paylaşımında bildirib.

“Dəməşqdəki görüşlərimdən, o cümlədən Əbu Məhəmməd əl-Qolani ilə aparılan konstruktiv müzakirələrdən ruhlandım. Bizim vacib humanitar dəstəyi əhəmiyyətli dərəcədə artırmaq üçün əsaslarımız var”-deyə o paylaşımında qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью