Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən
Hurriyyet.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.
Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir.
Məlumata görə, qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur.
Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.
Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
XİN-dən bildirilib ki, “İtkin düşmüş şəxslər” məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur: "1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşüb.