BMTnin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq | Icm…
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda COP29 çərçivəsində "Su, enerji, ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi" mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişmələri getdikcə su, ərzaq və ekosistemə daha çox təsir edir və iqlim dəyişmələri fonunda ən çox qarşılaşdığımız problemlərdən biri də su qıtlığıdır.
O qeyd edib ki, dünya ölkələri ortaq su resurslarına malik olduğundan heç bir dövlət təklikdə bu problemin öhdəsindən gələ bilməz.
"Ortaq su resursları birlikdə idarə olunmalıdır. Bu, təkcə ətraf mühiti deyil, insanların rifahını da yaxşılaşdıracaq.
COP29 Sədrliyi iqlim fəaliyyətləri üçün su üzrə Bakı dialoquna start verib. Bu, bizim dayanaqlı gələcəyimiz üçün çox faydalı olacaq.
Hər kəsi regional əməkdaşlığa, bilik və resursları paylaşmağa dəvət edirəm", - deyə nazir müavini vurğulayıb.
"Regional əməkdaşlıq üzrə perspektivlər" mövzusunda panel müzakirələrdə çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu dünyada 730 milyon insanın aclıqla üz-üzə qaldığını deyib.
Tam oxu
Xəbəri oxu