BMTnin sülhməramlıları Livanın cənubunda onların mövqelərinin atəşə tutulması nəticəsində …
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramya sərhəd bölgəsində yerləşə
“Report” xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidmətinin teleqram kanalında yaydığı açıqlamada bildirilir.
“Ayrı-ayrı qeyri-hökumət qrupları tərəfindən buraxıldığı ehtimal edilən raket Ramya kəndindən şərqdə yerləşən UNP 5-42 bazasına düşüb, növbədə olan Qanadan dörd sülhməramlı yaralanıb.
Yaralıların üçü Tir şəhərindəki hospitala müalicə üçün çatdırılıb”, – məlumatda vurğulanıb.
Bildirilib ki, daha beş raket UNIFIL-in qərbi Livan cənubunda yerləşən Şamaa qəsəbəsindəki texniki xidmət mərkəzinə atılıb.
“Emalatxanaya ciddi ziyan dəysə də, sülhməramlılardan xəsarət alan olmayıb”, – açıqlamada qeyd olunur.
Təşkilatın məlumatına görə, üçüncü hadisə Xirbət-Silm kəndinin şimal-şərqindəki magistral yolda baş verib.
Burada silahlı şəxs “mavi dəbilqə” patruluna atəş açıb, lakin sülhməramlılar arasında xəsarət alan olmayıb.
Tam oxu
Xəbəri oxu