BMU 259 min manatlıq aviabiletlər alır | Icma.az
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Holiday in Azerbaijan” MMC (VÖEN – 1702056131) olub.
“Holiday in Azerbaijan” MMC BMU-nun sifarişi əsasında 198 nəfər üçün aviabilet satın alacaq.
Satın alınacaq aviabiletlərin ümumi dəyəri 259 min 380 manat (bir ədəd aviabilet 1 310 manat) olacaq.
Qeyd edək ki, aviabiletlərin 83-ü 21 iyun 2025-ci il tarixi üçün Seul (Koreya)-Bakı aviareysinə, 115-i isə 16 avqust 2025-ci il tarixi üçün Bakı-Seul aviareysinə alınacaq.Elnur Əli Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu