BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gülün rəhbə
Modern.az xəbər verir ki, səfər çərçivəsində Çinin tanınmış universitetləri və müəssisələri ilə mühüm razılaşmalar əldə edilib.
Pekin Kimya Texnologiyaları Universitetinin rəhbərliyi və əməkdaşları ilə keçirilən görüşdə iki ali məktəb arasında əlaqələrin yaradılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
“Kimya mühəndisliyi” ixtisası üzrə Çində və dünyada ən üst reytinqlərdə yer alan universitetlə aparılan səmərəli müzakirələr nəticəsində ali təhsil ocaqları arasında niyyət anlaşması imzalanıb və 2+2 şəklində ikili diplom proqramının həyata keçirilməsinə dair razılıq əldə olunub.
BMU nümayəndə heyəti səfər zamanı Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetlərini də ziyarət edib.
Kollecdə smart təhlükəsizlik sistemi, smart inşaat mühəndisliyi və mexanika laboratoriyalarına dair geniş təqdimat dinlənilib, adıçəkilən universitetlərdə isə IT, kompüter elmləri, kompüter mühəndisliyi sahələrinin inkişafı, o cümlədən “İnformasiya təhlükəsizliyi” ixtisasının tədris planlarının geniş müzakirəsi aparılıb.
Pekin Politexnik Kollecindən BMU-ya tələbə (subbakalavr) göndərilməsi məsələsində ilkin razılıq əldə olunub.
Habelə Pekin İnformasiya Texnologiyaları Universiteti ilə də ikili diplom proqramı üzrə əməkdaşlıqda ilkin razılığa gəlinib.
Tam oxu
Xəbəri oxu