BMU da Respublika Fənn Olimpiadası keçirilib

17.02.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

15-16 fevral tarixlərində Bakı Mühəndislik Universitetində (BMU) Respublika Fənn Olimpiadasının informatika fənni üzrə yarımfinal turu baş tutub.   

Bu barədə Modern.az-a BMU-dan məlumat verilib.

İlk gün adıçəkilən fəndən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi, növbəti gün isə 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib. BMU-da təşkil olunan olimpiadada iki gün ərzində 135 şagird fəal iştirak edib. Qeyd edək ki, Respublika Fənn Olimpiadasında ümumilikdə aşağı və yuxarı yaş qrupları üzrə 2100-dən çox şagird final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью