BMU da yay imtahan sessiyası başa çatıb

06.07.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyası başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iyun ayının əvvəlində bakalavriat və magistratura səviyyələrində başlanılan imtahanlar iyulun 5-dək davam edib. Sessiyanın yüksək səviyyədə təşkili üçün bütün zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində obyektivlik və şəffaflıq prinsipləri təmin olunub.

Qeyd edək ki, imtahan sessiyası ərzində fəaliyyət göstərən Qərargahda proses mütəmadi nəzarətdə saxlanılıb, yaranan məsələlərin operativ həlli istiqamətində tədbirlər görülüb. Eyni zamanda, akademik borcu olan və üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar imtahanlar təşkil edilib.

Sessiya müddətində Apellyasiya Komissiyasına daxil olan müraciətlərə operativ baxılıb və hər bir müraciət üzrə əsaslandırılmış qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью