Icma.az, Unikal.az portalına istinadən məlumat verir. Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində
Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər turniri keçirilib.
"Unikal" xəbər verir ki, 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan turnirdə ümumilikdə 22 komanda (hər komandada 6 nəfər olmaqla) iştirak edib.
İlk seçim mərhələsində uğurla çıxış edən 8 komanda final turuna vəsiqə qazanıb.
Final turunda təqdim olunan 24 sual ətrafında komandalar maraqlı bilik yarışı nümayiş etdirib və nəticədə “Juggernaut” 1-ci, “Without Y” 2-ci, “ChatİBF” isə 3-cü yerləri tutub.
Turnirin sonunda qalib komanda üzvlərinə THİK tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.