BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar

29.11.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar.

Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edib və  II yerin sahibi olublar.

Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью