BMUnun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dekabrın 12-də Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. 

Modern.az xəbər verir ki, BMU-nun əməkdaşları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью