BMUnun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 12-də Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

SİA-nın məlumatına görə, BMU-dan bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Universitetin əməkdaşları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью