BMUnun professoru Türkiyədə beynəlxalq mühəndislik zirvəsində çıxış edib AZƏRTAC

10.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xırdalan, 10 dekabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov Ankarada Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində iştirak edib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, İslam İslamov sammitdə “Azərbaycanın ali təhsil müəssisələrində mühəndis hazırlığının vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə edib. Məruzədə BMU-nun timsalında Azərbaycanın ali məktəblərində yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasından bəhs olunub. BMU professoruna Təşkilat Komitəsi adından mükafatlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью