BMW 8000 nəfəri işdən çıxaracaq

29.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

   Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti                          

Alman avtomobil istehsalçısı BMW, Çin bazarının zəifləməsi və artan xərc təzyiqləri səbəbindən başladılan xərc qənaəti proqramının bir hissəsi olaraq, əsasən Almaniyada çalışan işçi qüvvəsini təxminən 8000 nəfər ixtisar edəcək. Alman mətbuatında yer alan xəbərlərə görə, BMW rəhbərliyi ilə işçi nümayəndələri arasında könüllü işdənçıxarma proqramı ilə bağlı həftələrlə davam edən danışıqlardan sonra razılığa gəlinib. Proqram 2026-cı ilin oktyabr ayında başlayacaq və 2027-ci ilin sonuna qədər davam edəcək. İşçilərin ümumi sayı 8000 nəfər azaldılacaq.

Dünyada ümumilikdə 150.000 və Almaniyada təxminən 84.000 işçisi olan BMW-də istehsalatda birbaşa iştirak etməyən təxminən 40.000 işçiyə könüllü işdənçıxarma təklif olunacaq. Proqram əsasən idarəetmə, tədqiqat və inkişaf, planlaşdırma və inzibati bölmələrdə çalışan işçiləri əhatə edəcək. İşçilərə ödəniləcək kompensasiyanın məbləği əmək haqqı və iş stajına uyğun olaraq müəyyən ediləcək. İyun ayında BMW, xüsusən də Çin bazarında tələbatın azalması səbəbindən 2026-cı il üçün satış və mənfəət gözləntilərini aşağıya doğru yenidən nəzərdən keçirdi. Alman istehsalçısı ABŞ tarifləri, artan xərclər və qlobal rəqabət təzyiqləri səbəbindən xərc qənaət tədbirləri tətbiq edəcəyini açıqladı.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью