BMW ABŞ də yüzminlərlə avtomobilini geri çağırır ŞOK SƏBƏB

24.07.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

BMW şirkəti mühərrik starterinin həddindən artıq qızması və bunun da yanğına səbəb ola biləcəyi təhlükəsi ilə əlaqədar ABŞ-də 318 495 avtomobilini geri çağırır.

Bu barədə "Reuters" agentliyi ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

Geriçağırma kampaniyasına bir neçə BMW modeli, o cümlədən 3 və 4 seriyaları, "X3" və "X4" krossoverləri, eləcə də BMW ilə ortaq platformada yığılmış "Toyota Supra" daxildir.

Qeyd olunan kampaniya çərçivəsində rəsmi dilerlər qüsurlu olan bütün avtomobillərdəki starterləri tamamilə pulsuz şəkildə yeniləri ilə əvəz edəcəklər. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью