BMW ağaca çırpıldı, 2 azərbaycanlı həlak oldu Toy kortejində qəza

28.01.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində soydaşlarımız, 23 yaşlı Ümid Adıgözəlov və Üfüq Bədəlov hadisə yerində həyatını itirib.

“Brutto müqavilə”ləri üzrə qaydalar hazırlanıb, layihə yekunlaşır – NAZİR MÜAVİNİ - VİDEO

Məlumata əsasən, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin Sadaxlı kənd sakinləri olduğu bildirilir. Hadisənin toy kortejinin hərəkəti zamanı baş verdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 216

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью