“BMW” ağaca çırpıldı: 2 nəfər YARALANDI

22.12.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oğuz rayonunun Bayan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “BMW” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü 18 yaşlı Kənan Ellazov və sərnişin 37 yaşlı Qafqaz Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müayinədən keçirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью