Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Mingəçevirdə ana və iki yaşlı oğlunu maşın vurub. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün saat 10 radələrində Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini İbrahim Şükürlü idarə etdiyi BMW markalı avtomobillə piyadalar - 28 yaşlı Türkan Nəsirova və onun iki yaşlı oğlunu vurub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.