BMW çaya düşdü 3 nəfər öldü

06.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "BMW" markalı avtomobil yoldan çıxaraq Ağçay çayına düşüb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Sürücü 33 yaşlı Vüsal Bayramov və sərnişini 41 yaşlı Samir Mənsumov hadisə yerində ölüblər.

Sərnişin Anar Məmmədovun meyiti isə qəzaya uğrayan avtomobildən kənarda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью