“BMW”, “DAF” və “Mercedes Sprinter” toqquşdu: 7 ölü, 3 yaralı FOTO

15.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Ukraynanın Lvov yaxınlığında “DAF” markalı yük maşını, “BMW” markalı minik avtomobili və “Mercedes Sprinter” markalı mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Lvov vilayəti polisi məlumat yayıb.

"Hadisə dekabrın 15-də Ternopil-Lvov-Rava-Russkaya avtomobil yolunda, Lvov rayonunun Çijikov kəndi yaxınlığında baş verib", - məlumatda deyilir.

“Mercedes” markalı mikroavtobusun sərnişinləri - 7 nəfər qəza nəticəsində yerindəcə dünyasını dəyişib. Yaralılar Lvovdakı tibb müəssisələrinə yerləşdiriliblər.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью